Bakı.Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 20-də ümumi çəkisi 52 kiloqramdan artıq narkotik vasitə məhv edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 299 ədəd psixotrop tərkibli həb və 769 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 13,4 tondan artıq 20359 ədəd çətənə kolu isə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.