Bakı. Trend:
Hazırda İranda 60-dan çox vurulan məkanda yardım və xilasetmə işləri aparılır.
Trend-in məlumatına görə, bu, İranın Qırmızı Aypara Cəmiyyətində yaradılan Fövqəladə Halların İdarə Edilməsi Komitəsinin məlumatında qeyd olunub.
Bildirilir ki, vurulan məkanlarda yaralılara, zərərçəkənlərə yardımlar olunur.
Qeyd edək ki, İsrailin İrana hərbi hava hücumu nəticəsində çoxlu sayda hərbçi, o cümlədən, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Baqeri və SEPAH baş komandanı Hüseyn Salami ölüb.