...

İsrail İrana zərbələri davam etdirdikcə, heç bir danışıqdan söz gedə bilməz – Araqçi

Dünya xəbərləri Materials 20 İyun 2025 12:15 (UTC +04:00)
İsrail İrana zərbələri davam etdirdikcə, heç bir danışıqdan söz gedə bilməz – Araqçi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail zərbələri davam etdirdikcə, heç bir danışıqdan söz gedə bilməz.

Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib

“İsrail təcavüzü davam etdiyi bir şəraitdə amerikalılar danışıqlar istəyir və bu istiqamətdə dəfələrlə mesajlar göndəriblər. Lakin biz açıq şəkildə bəyan etmişik ki, təcavüz və hücumlar dayandırılmadan dialoq baş tuta bilməz”, – deyə İranlı ali diplomat İran dövlət televiziyasının efirində bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti