...

Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin sayının artması bizi sevindirir - Ferqus Auld

Siyasət Materials 19 İyun 2025 20:20 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı.Trend:

Britaniya universitetləri, Lənkərandan Naxçıvana qədər Azərbaycanın müxtəlif universitetləri ilə əməkdaşlıq edirlər.

Trend xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Böyük Britaniya Kralı III Çarlzın ad gününə həsr olunmuş tədbirdə deyib.

Səfir qeyd edib ki, istedadlı gənc azərbaycanlılar burada ingilis dilindən tutmuş maliyyə xidmətlərinə qədər Britaniya ixtisaslarına yiyələnirlər ki, bu da onlara peşəkar arzularını həyata keçirməkdə köməklik edəcək.

“Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin sayının artması bizi sevindirir. Təhsillərini başa vurduqdan sonra / onlar bacarıq və biliklərini ölkənin inkişafına yönəldirlər”,-deyə səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti