Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda dəmiryolu nəqliyyatı vasitələri ilə 1,223 milyard ABŞ dolları dəyərində 2,923 milyon ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 31,389 milyon ABŞ dolları və ya 2,5% az, həcm ifadəsində isə 51 312 ton və ya 1,8% çoxdur.
Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 324,614 milyon ABŞ dolları dəyərində 1,057 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 29,858 milyon ABŞ dolları və ya 8,4%, həcm ifadəsində isə 33,792 min ton və ya 3,1% azalma deməkdir.
Eyni zamanda dövr ərzində dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycana 898,325 milyon ABŞ dolları dəyərində 1,866 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 5 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 1,531 milyon ABŞ dolları və ya 0,2% azalıb, həcm baxımıdan isə 85,104 min ton və ya 4,8% artıb.