Bakı. Trend:
Böyük Britaniyanın baş naziri Kir Starmer İsrailin İran endirdiyi zərbələrin narahatlıq doğurduğunu bildirib və tərəfləri gərginliyi azaltmağa çağırıb.
Trend xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
“Zərbələr haqda məlumatlar narahatlıq doğurur və biz bütün tərəfləri geri çəkilməyə və dərhal gərginliyi azaltmağa çağırırıq.
Regionda eskalasiya heç kimin xeyrinə olmayacaq. İndi təmkinli, sakit olmağın və diplomatiyaya qayıtmağın vaxtı çatıb”, - deyə Starmer bəyan edib.