Bakı. Trend:
İranın Hüquq Mühafizə Qüvvələrinin sərhəd xidməti İsrailə məxsus 5 PUA-nı vurub.
Trend-in məlumatına görə, bununla əlaqədar İran polisinin informasiya xidməti məlumat yayıb.
Məlumata görə, İranın Qərbi Azərbaycan vilayətində 1, Ərdəbil vilayətində 3 və Kürdüstan vilayətində 1 PUA vurulub.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı “Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildə hərbi obyektlərin vurulduğunu bildirib.