Bakı. Trend:
Vyetnam BRİKS-ə tərəfdaş ölkə kimi qoşulub.
Trend Braziliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ildə assosiasiyaya sədrlik edəcək Braziliya hökuməti Vyetnamın BRİKS-ə rəsmi tərəfdaş ölkə kimi daxil olduğunu açıqlayıb.
Braziliya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir ki, Vyetnam artıq assosiasiyanın onuncu tərəfdaşıdır və BRİKS üzvləri ilə daha əhatəli və təmsilçi beynəlxalq nizamın yaradılması öhdəliyini bölüşür.
Bəyanatda qeyd olunur ki, təxminən 100 milyonluq əhalisi və qlobal dəyər zəncirlərinə möhkəm inteqrasiya olunmuş dinamik iqtisadiyyatı ilə Vyetnam Asiyada mühüm oyunçudur.