Bakı. Trend:
İsrailin İrana hərbi hava zərbələri endirməsi nəticəsində indiyədək Təbrizdə 5 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti fövqəladə hallar idarəsinin baş direktoru Məcid Fərşi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hücumlar nəticəsində 12 nəfərin xəsarət aldığı bəlli olub.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.
xxx
10:50
İsrailin İrana hərbi hücumu nəticəsində Təbrizdə 3 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Məcid Fərşi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hücum nəticəsində daha 6 nəfər yaralanıb.
Fərşi bildirib ki, Təbrizdə 9 hərbi baza və məntəqə, Marağada isə 1 hərbi baza vurulub.