Bakı. Trend:
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin müşaviri admiral Əli Şəmxanin vəziyyəti ağır qiymətləndirilir.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verir.
Məlumata görə, İsrailin İrana hava zərbələrində Əli Şəmxaninin də evi vurulub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin onun sağ qalmasına ümidi olduqca azdır.
Qeyd edək ki, İsrailin İrana hərbi hava hücumu nəticəsində çoxlu sayda hərbçi, o cümlədən, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Məhəmməd Baqeri və SEPAH baş komandanı Hüseyn Salami ölüb.