Bakı. Trend:
İtaliyalı avtopilot Matteo Doretto Ralli üzrə Avropa Çempionatının Polşa mərhələsi ərəfəsində keçirilən sınaq yürüşündə düşdüyü qəza nəticəsində həlak olub.
Trend xəbər verir ki, bu haqda turnirin mətbuat xidməti məlumat yayıb.
İtaliyalı avtopilotun şturmanı Samuele Pelleqrino da xəstəxanaya çatdırılsa da, onda ciddi xəsarət aşkarlanmayıb.
Doretto 21 yaşında olub. 2024-cü ildə o, yeniyetmələr arasında İtaliya çempionu olub və ilk dəfə olaraq Avropa birinciliyinə vəsiqə qazanıb.